“Ehtiyac olduğu halda işləməsi üçün icazə verilən iş yerlərinin rəhbərliyi işçilərinin işə gəlməsi üçün şəraitin yaradılmasını Bakı Nəqliyyat Agentliyi ilə müzakirə edə bilər”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, zərurət yaranarsa, BNA əməkdaşlarının işə gətirilməsinə icazə verilə bilər.
“İş yerləri, əsasən, avtomobili olan və ya piyada işə gələ biləcək şəxslərə üstünlük verməlidir”, - deyə R.Bayramlı əlavə edib.
Oxu.az