Bu günə olan rəqəmlər qətiyyən qaneedici deyildir. Ümumilikdə Azərbaycanda indiyə kimi 322 574 test edilib. Bu günə kimi 78 xəstəmiz vəfat edib.
HİT.Az Medicina.az-a istinadla xəbər verir ki, TƏBİB sədri Ramin Bayramlı ağır xəstələrin sayının kəskin artdığını bildirib.
“ Əksəriyyəti Bakı şəhərində olmaqla, reanimasiya şəraitində 100 xəstəmiz müalicədədir, onlardan 21 nəfəri süni tənəffüs aparatındadır”.
Ona görə yaxın həftələrdə bayram günləri də düşərsə 2 və ya 3 günlük tam qapanma tədbiri həyata keçiriləcəkdir.