Bakıda lüks avtomobil qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, səbəb sürücünün sürət həddinin aşdığı üçün idarəetməni itirməsi olub.
Hadisə saat 19:00 radələrində Heydər Əliyev prospektində olub. Üzü şəhər istiqamətində hərəkətdə olan "Dodge" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir arakəsmələrin üzərinə çıxıb.
Məlumata görə qəzaya səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi zərər dəyib.