Azərbaycanda 15 yaşında qız ailə qurdu (FOTO)

ÖLKƏ
13:30 / 12.05.2020
2587

Azərbaycanda 15 yaşında ailə quran Türkan Vəliyeva itkin düşüb

Bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və qızı Türkan Vəliyevanı axtaran ana bildirib.

O, bildirib ki, 6 gündür ki, qızı ilə danışa bilmir: "Karantin rejiminə görə gələ bilmirəm. Türkanın 27 yaşı var. Qızım 15 yaşında ailə qurub. Hazırda iki uşağı var. Həyat yoldaşı ilə mübahisələri olurdu. Kürəkənim içki düşkünüdür. Türkan ilk dəfədir ki, evdən gedib. 4-5 ildir ki, qızım bir dəfə olsa küsüb evə gəlməyib. Qızıma dəfələrlə dedim ki, yola gedə bilmirsinizsə, ayrıl, yanıma gəl. Gecə Türkanla həyat yoldaşı ilə mübahisə edib. Kürəkənim qızımı döyüb. Qızımın sağ olmasına inana bilmirəm. Hər yer bağlıdır. Karantin rejimində Türkan hara gedə bilər? Düşünürəm ki, qızım evdən sağ çıxmayıb. Türkan 15 yaşında olanda nişanlandı. Mən istəmirdim qızım o yaşda ailə qursun. Türkan nənəsi ilə qalıb. O, orada həyat yoldaşı tanış olub. 15 yaşında olanda da onunla evlənmək istədi".

Aparıcı Türkan Vəliyevanın tapıldığını bildirib.

Aysel Yusifqızı

3
Sonxeber.az