Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Klüge Azərbaycan və Qazaxıstanda son günlər koronavirusa yoluxm a hallarının artmasına münasibət bildirib.
BMT-nin rəsmi saytı xəbər verir ki, ÜST rəsmisi bunu həmin ölkələrin laborator taktikasını dəyişməsi ilə əlaqələndirib. Hans Klüge laborator testlərin çoxalmasını və keyfiyyətinin artmasını daha çox yoluxanların aşkara çıxarılması ilə birbaşa əlaqələndirib.
“Azərbaycan və Qazaxıstanda daha çox insan burun və boğazdan yaxma üsulu ilə COVİD-19 testi vermək imkanı əldə edib”.
ÜST rəsmisi dünyanın virusun ikinci dalğasından qoruna biləcəyini və bunun üçün sərt karantin addımlarının atılmasaını vacib sayıb. Onun fikrincə, koronavirus poandemiyası ilə bağlı tibbi irəliləyişə hələlik nail olunmayıb.