Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 4-nə olan son statistik məlumatları açıqlayıb.
HİT.Az TƏBİB-ə istinadən bildirir ki, dünən 7 047 test aparılıb. Ümumiyyətlə isə ölkədə indiyədək 322 574 test aparılıb.
Qeyd edək ki, Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Hazırda 100 nəfər reanimasiyadadır, 21 nəfər süni tənəffüs cihazına qoşulub.