Parlamentin iclası başladı - Sahibə Qafarova Prezidenti nümunə göstərdi

11:24 / 05.06.2020
1163

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

HİT.Az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında;

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.

Spiker Sahibə Qafarova Baş nazir Əli Əsədovun pandemiya ilə əlaqədar olaraq qəbul etdiyi qərarla bağlı məlumat verdi, hər kəsi qərara əməl etməyə çağırdı. Sədr dedi ki, prezident İlham Əliyevin Tərtərdəki açılış mərasimlərində maskadan istifadə etməsi hər birimizə nümunədir.

0
Musavat.com