İcra başçısı iki məmurla bağlı prokurorluğa müraciət etdi

ÖLKƏ
13:40 / 05.06.2020
1397

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən rayonun Zərdabi və Talabıqışlaq İƏD üzrə nümayəndəliklərində "DOST-İş"MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Hit.Az xəbər verir ki, yoxlama zamanı ciddi pozuntuları aşkarlanıb. Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və s.hallar müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Tabıqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəsifədən azad olunublar və əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

0
Yenisabah.az