"Tibbi maskalar ola bilər ki, bütün həyatımız boyu bizimlə birlikdə olsun",-deyə çexiyalı epidemioloq Rastislav Madyar bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, Madyar tibbi maskaları smartfon və ya açar kimi insan üçün vacib əşya hesab edib.
Epidemioloq həmkarlarının onunla həmrəy olduğunu vurğulayıb.
Madyar bildirib ki, nəqliyyat koronavirusun yayılmasında risk zonası kimi qalmaqda davam edir. "Buna görə də hər kəs nəqliyyatda gedərkən ehtiyatlı olmalıdır. Özünü narahat hiss edirsə, başqalarını qorumalıdır.
Tibbi maskalardan istifadə etməyin ən əlverişli və rahar üsulu onu çənənin altında və ya boğazda saxlamaqdır. Yad insanlarla qarşılaşdıqda və ya qapalı yerlərdə olduqda dərhal tibbi maskanı ağıza və buruna tərəf qaldırmaq lazımdır və bu vacibdir. Çünki ani ehtiyatsızlıq sizin koronavirusa yoluxmanıza səbəb ola bilər",-deyə epidemioloq bildirib.