"Rayonlarda buna görə ciddi qarşıdurma yaranıb"

ÖLKƏ
12:33 / 05.06.2020
1677

Milli Məclisin deputatı Vahid Əhmədov bəzi regionlarda örüş yerləri, yaylaqlarla bağlı problemə toxunub.

HİT.Az-ın Modern.az-a istinadla verdiyi xəbərə görə, deputat parlamentdə çıxışında deyib ki, o zaman Nazirlər Kabineti örüş yerlərinin bölüşdürülməsini yerli İcra Hakimiyyətlərinə tapşırıb:

“Həmin örüş yerləri də kənar insanlara verildi. Yerli əhaliyə örüş sahəsi çatmadı. Bəzi rayonlarda bununla bağlı çox ciddi problemlər var. Hesab edirəm ki, biz bununla bağlı xüsusi qanun layihəsi qəbul etməliyik. Ya da Baş Nazir qərar verməlidir. Bu məsələ ilə məşğul olmaq lazımdır. Elə yerlər var ki, bu məsələdə ciddi qarşıdurma yaranır. Çünki bu sahələrin sahiblərinin yuxarıdan dəstəkləyənləri var. Bu yaxınlarda Qubada belə bir ciddi hadisə baş vermişdi. Biz bunun qarşısını çətinliklə ala bildik”.

0