Deputatdan narazılıq: Ən uğursuz nazirlik odur

ÖLKƏ
14:18 / 05.06.2020
1333

"Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi".

Deputat Fazil Mustafa bu fikirləri parlamentdəki çıxışında söyləyib.

Millət vəkili qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".

1
Musavat.com