Yevlax Şəhər İcra Hakimiyyəti bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Hit.Az-ın vahid dövlət satınalmaları portalına istinadən məlumatına görə, tenderin qalibi "Ekol Kind" MMC-dir.
Qalib şirkətə 122 719 manat ödəniləcək.
Qeyd edək ki, Yevlaxın bu yaxınlardan təyin olunmuş gənc icra başçısı Anar Tağıyev Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.