Türkiyədəki tələbələr necə gətiriləcək? 

ÖLKƏ
18:00 / 05.06.2020
1371

Məlumdur ki, həm Azərbaycanda, həm də Türkiyədə karantin qaydaları tətbiq edildiyinə görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr vətənə qayıda bilmir.

Qonşu ölkədə tədris dayansa da, uçuşların həyata keçirilməməsi, eləcə də sərhədlərin bağlı olması tələbələrin Azərbaycana gəlməsini əngəlləyir. Bununla belə yayılan xəbərlərə görə, Türkiyə Sağlıq Bilimləri Universitetinin Gülhanə tibb fakültəsində oxuyan tələbələr koronavirusla mübarizədə xidmət göstərmək üçün könüllü olaraq Azərbaycana gətirilib. Onlar üçün üç çarter reysinin ayrıldığı bildirilir.

Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxlayıb.

Səfirliyin Təhsil müşaviri Nəcibə Nəsibova Cebhe.info saytına açıqlamasında xəbəri təsdiq etməyib:

“Bu məlumat əsasızdır. Ümumiyyətlə, tələbələrin tam olaraq təxliyyəsi nəzərdə tutulmur. Tələbələr arasında ayrı-seçkilik də qoyulmur. Yalnız vəziyyəti həddindən artıq pis olanlar, yataqxanadan çıxarılanlar, qalmağa yeri olmayanlar, xəstə olanları səfirlik olaraq göndərmişik. Təcili Bakıya getməli olanlar bizə müraciət edib, biz ancaq öz imkanlarımız hesabına onları göndərmişik”

0