"Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahında qərarlara təsir edən kiçik qrupun tamahı ucbatından aprelin 27-də vaxtından tez başlayan yumşalma tədbirləri sonda ölkə vətəndaşlarını çətin duruma saldı:
"Bu gecədən başlayan sərt rejimdə evdə qalma qərarının təsiri ilə mağazalarda, xüsusilə də çörək almaq uğrunda basabaslar və növbələr insanlar arasında kontakt məsafəsini yaxınlaşdırdığına görə yoluxma hallarının artım tempini hələ bir müddət də yüksək saxlayacaq.
Əksinə, hesab edirəm ki, virus hazırda əvvəlkindən daha aktivdir. Eyni zamanda uzun müddətdir ki, gerçək koronavirusdan müalicə alanlar arasında sağlamlıq durumu pisləşənlərin sayı da artır və bu ölüm hallarının çoxalmasını da şərtləndirir. Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər”.