Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı (FOTO)

ÖLKƏ
20:00 / 06.06.2020
1617

Ölkənin beş şəhəri üzrə bu gündən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağası olsa da, buna əməl etməyənlər var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumat görə, Gəncənin Nizami rayonu ərazisində icazəsiz fəaliyyət göstərən çörək sexi aşkarlanıb:

“Polis əməkdaşları obyektin fəaliyyətini dayandırıb. Sexin sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülür”.

0
Oxu.az