Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrin sayının artmasına səbəb olub, artıq ölkədə bu səbəbdən 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, İctimai Televiziya bu məqamda koronavirusdan müalicə olunan xəstələrdən növbəti reportaj hazırlayıb.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri həkim Gülarə Abbasova deyib ki, may ayından reanimasiyaya yerləşdirilən xəstələrin sayı artıb: “Hamısı da ağır vəziyyətdə gələnlərdir. İnsanlar qorxurlar, həkimə müraciət etmirlər ki, bütün ailəni karantinə apararlar. Ona görə də həkimə çox gec gəlirlər. Biz iki gün əvvəl 40 yaşlı xəstəmizi itirdik. Artıq bu xəstəlik yaşa baxmır. İmmun plaza köçürülən 1 xəstəmizin həyatı xilas edilib, digər iki xəstəmizi isə itirmişik”.