"Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur"- Millət vəkili

ÖLKƏ
15:14 / 12.05.2020
2347

"Ölkəmizdə bütün sahələrdə müşahidə dinamik inkişaf gücümüzü nümayiş etdirən ordudan da yan keçməyib".

Hit.Az xəbər verir ki, bunu sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bilidirb.

Deputat qeyd edib ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur: "Əlbəttə, güclü orduya sahib olmaq həmin dövlətə yerləşdiyi regionda söz sahibi olmaq imkanı da verir. Bu baxımdan da prezident İlham Əliyevin apardığı uzunmüddətli inkişaf strategiyası da məhz buna hesablanıb. Güclü orduya sahib olmaqla Azərbaycan regionda söz sahibi olan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ordunun döyüş imkanlarının artırılması sahəsində modernləşmə, ən son hərbi texnologiyaların silahlanmaya cəlb edilməsi prioritet məsələlərdəndir. Artıq ölkəmiz xaricdən silah almaqla yanaşı özü də müxtəlif müasir tipli silah istehsal etməyə qadirdir. Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda var. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alır. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən, Azərbaycan 52-ci yerdə qərar tutub. Bununla yanaşı, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir. Əlbəttə ordunun inkişafı şəxsi heyətin də yüksək səviyyədə təminatını labüd edir ki, bu da tam təmin olunub. Beləliklə regionda güc sahibi olmaq bizə imkan verir ki, mənfur düşmənimi Ermənistanı daim qorxu altında saxlaya bilək".

1
Sonxeber.az