"Öz aramızda düşmən axtarmaq əvəzinə..." - Ceyhun Osmanlıdan media təklifləri

ÖLKƏ
18:39 / 08.05.2020
4437

"Azərbaycanda bəzi jurnalist və bloqerlər, o cümlədən sayt rəhbərləri və əməkdaşları var ki, qəlbən saf və təmiz olduqlarına görə bəzi məkrli insanların saxta ideologiyaları ilə aldadılıblar. Bu insanların hər birinin inkişafına dəstək vermək əvəzinə onları sifarişli yazılara alət ediblər. Nəticədə bu insanların oxumaq, təlimlərə qatılmaq, dil öyrənmək, özünü inkişaf etdirmək üçün zamanı əldən gedib və yeni qlobal çağırışlar qarşısında sıxıntıları ortaya çıxıb”.

Hit.Az-ın xəbərinə görə, bu fikirlər Yaşıllar Hərəkatının təsisçisi və lideri, sabiq millət vəkili Ceyhun Osmanlıya məxsusdur. O sosial şəbəkədəki son paylaşımında müasir jurnalistikanın problemlərindən və bu problemlərin həll yollarından yazıb:

"Sonda da özümüz özümüzə sual veririk ki, niyə xarici dillərdə yazan araşdırmaçı jurnalistlərimiz azdır? Kim yetişdirməli idi onları? Sanki başqaları bunu bizim yerimizə etməli idilər. Ölkə, millət və dövlət maraqları naminə bu insanlara dəstək vermək üçün addımlar atılmalıdır. Hamımız Azərbaycan vətəndaşıyıq. Nə olub keçmişdə qalıb. Öz aramızda düşmən axtarmaq əvəzində dövlət maraqları üçün gələcəyə baxmaq lazımdır”.

1