Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.
Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranının reyd zamanı işlədiyi məlum olub.
Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.
Qafqazinfo.az