“Çörək zavodları istehsalı 3 dəfə artırmalı idi” - Ekspert 

ÖLKƏ
14:44 / 06.06.2020
916

“Dünən marketlərdə baş verənlər qeyri-müəyyənlik şəraitində baş verən istehlakçı davranışından ciddi kənarlaşan bir şey deyildi. Əslində idarəetmə qərarlarının yarımçıqlığına verilən rutin reaksiya idi”.

Hit.Az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Azər Mehtiyev yazıb. Onun fikrincə, il ərzində ölkədə təqribən 790 min ton çörək satılır: “Ümumi istehlak 1.2 milyon tondan çoxdur. Yəni gündəlik çörək satışı 2 - 2.2 min tondur. 

Fərz edək ki, bunun 1.5 min tonu Bakı, Sumqayıt və Abşeron ərazisində olur (rəqəmin tam dəqiqliyi önəmli deyil). 


Şənbə-bazar heç bir ticarət obyekti işləməyəcəyindən insanlar 3 günlük çörək ehtiyatı yaratmalıdırlar (hər bir ailə özünün günlük istehlakını nəzərə almaqla). 

Bu o deməkdir ki, mağaza və marketlərə dünən adi günlərdən fərqli olaraq, 3 dəfə çox çörək gətirilməli idi, eynilə çörək zavodları və sexləri dünən çörək istehsalını 3 dəfə artırmalı idilər. 
Bu barədə müvafiq göstərişlər olmuşdumu? Əgər olmuşdusa, əhalinin bu barədə məlumatlandırılıldığının şahidi oldunuzmu?

0