Bakıda avtobuslar birinci gün saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB

ÖLKƏ
09:04 / 07.06.2020
1605

“O vaxta qədər isə avtobusların texniki baxışı, sazlığının yoxlanılması işləri tam olaraq, yekunlaşdırılacaq”.

Hit.Az xəbər verir ki, bu sözləri hətfənin birinci günü nəqliyyatın hərəkətə başlaması barədə Lent.az -a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, marşrut avtobuslarının hərəkəti iyunun 8-də səhər saat 6 -dan etibarən bərpa olunacaq:

“Nazirlər Kabinetinin qərarına səasən iyunun 8-də səhər saat 6:00-dan etibarən icitmai nəqliyyatın hərəkəti bərpa ediləcək. O vaxta qədər isə avtobusların texniki baxışı, sazlığının yoxlanılması işləri tam olaraq, yekunlaşdırılacaq. Bununla bağlı dünən plan hazırlanıb”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, korornavirusa yoluxma sayının qarşısının alınması üçün iyunun 6-ı gecə saat 0:00-adn, iyunun 8-i səhər saat 6-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abeşron rayonunda sərt karantin rejimi tətbiq olunub.

0