Koronavirusa yoluxan Azərbaycan teatr və kino aktyoru, əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev xəstəxanadan evə buraxılıb.
Bu barədə aktyorun özü sosial şəbəkə hesabında məlumat verib:
"Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə Sizlərin duaları və Çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum... Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə Sizlərə dərin təşəkkürümü bildirirəm... Allah hamınızdan razı olsun".
Olke.az