Polis ehtiyacı olana çörək apardı - VIDEO

ÖLKƏ
20:42 / 07.06.2020
1247

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq, ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub.

Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.

2