Qəbul imtahanında açıq suallar ləğv olunur, ya qalır?

ÖLKƏ
17:15 / 12.05.2020
1167

Koronavirus pandemiyası təhsil alanlar üçün də ciddi problemlər yaratdı. Həm abituriyentlər, həm də tələbələr proqramdan kənarda qaldılar. Distant təhsil isə ənənəvi dərsləri əvəz edə bilmədi.

Elə isə imtahan verən abituriyenlər üçün güzəştlər tətbiq ediləcəkmi?

Dövlət İmtahan Mərkəzinin(DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Sherg.az”ın sualına belə cavab verib:

“Həm buraxılış, həm də qəbul imtahanı verənlərə mart ayının 1-dən sonrakı dövrə təsadüf edən proqramdan sual salınmayacaq. Çünki mövcud səbəblərlə əlaqədər olaraq dərslər tam mənimsənilmədi. “Abituriyent” jurnalının növbəti buraxılışı nəşr olunduqdan sonra çox sualların cavabı bilinəcək. Yalnız o zaman məlum olacaq ki, açıq suallar ləğv olunur, ya qüvvədə qalır”.

0