Millət vəkili həbs edilən idarə rəisinə görə üzr istədi

ÖLKƏ
18:17 / 12.05.2020
3348

Millət vəkili Etibar Əliyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun mənimsədiyi pulların miqdarı ilə bağlı rəqəmdə yol verdiyi yanlışlığa görə üzr istəyib.

Millət vəkili ötən gün İrəvan Dram Teatrının tikintisinə dövlət büdcəsindən ayrılan 11 milyon manatdan 200 min manat tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarıldığını yazdığını xatırladıb.

“Lakin DTX-nın keçirdiyi əməliyyatda həmin teatrın tikintisini həyata keçirən şirkətin rəhbəri Şamxal Ağaşirinov söylədi ki, şirkətə ödənilən 6 milyon manatın ƏDV-dən sonra qalan 4 milyondan çox qalan hissəsinin 20 faizi, yəni 900.000 manatı “otkat” şəklində həmin bu Zakir Sultanova verilib. Yanlışlığa görə üzr istəyirəm”.

Qeyd edək ki, bu məbləğ yalnız bir tikintidən Z.Sultanovun əldə etdiyidir.

0
Axar.az