Daxili İşlər Nazirliyindən vətəndaşlara təşəkkür: İki gün evdə qalmaqla...

ÖLKƏ
10:23 / 08.06.2020
1143

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilib. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbir və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!"

0