Bakıda yeni yol qovşağı yaradılır -  Bu küçədə (FOTO)

ÖLKƏ
11:25 / 08.06.2020
1334

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən HİT.Az-a daxil olan məlumata görə, bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır.

Bu hissədə küçənin uzunluğu 1 km, eni isə 10.5 metr təşkil edir. Layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılıb.

0