Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.
HİT.Az xəbər verir ki, unikal.org-a açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:
"Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər".