AZAL bilet satışını bərpa edib? - TƏKZİB (Yenilənib)

ÖLKƏ
16:11 / 08.06.2020
1277

Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

HİT.Az xəbər verir ki, bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.

***

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa etməyib. Yayılan məlumatlar doğru deyil”.

Bunu Modern.az-a açıqlamasında AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib. Qurum rəsmisi bildirib ki, hər şey Operativ Qərargahdan asılıdır:

“Sadəcə olaraq pandemiya qaydalarını nəzərə alaraq sentyabra kimi biletlərin satışı dayandırılıb. Növbəti atacağımız addımlar Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır. Hazırda vəziyyəti nəzərə alaraq biletlərin satışını sentyabrın 1-nə qədər dayandırılıb”.

Qeyd edək ki, mətbuat səhifələrində aviaşirkətin internet səhifəsinə istinadən aviabiletlərin sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satıldığı bildirilib.

 

0