Azərbaycanda koronavirusa görə 140 nəfər reanimasiyadadır - STATİSTİKA

ÖLKƏ
09:25 / 09.06.2020
1006

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

HİT.Az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 515 test edildiyi bildirilib.

Hazırda koronavirusa yoluxan 140 nəfər reanimasiyada müalicə alır. Onlardan 20 nəfəri süni tənəffüs cihazına qoşulub.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 343 391 test aparılıb.

0