Koronavirusa yoluxan Baş rejissor: “Son nəfəsimdir, gedirəm”

ÖLKƏ
12:03 / 09.06.2020
1377

"Həkimlər deyib ki, bir həftə evdən çıxma”.

Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş rejissor Sərvər Əliyev deyib.

Koronavirusa yoluxan Baş rejissor hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

"Yaxşıyam, rahat yatıram. Bir az halsızlıq var, o da keçəcək. 14 gün iynə dərman qəbul etmiş adam üçün normal haldır. Hazırda evdəyəm. Dedilər bir həftə evdən çıxmayım. Özüm də qorxmuşdum. Bir gecə pis oldum, nəfəsim çatmırdı. Amma yenə də nəfəs almağa qorxurdum. Mənə elə gəlirdi ki, alacağım nəfəs son nəfəsimdir. O an bir kəlmə deyirdim: Gedirəm".

Qeyd edək ki, bir neçə gün öncə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş reyissor Sərvər Əliyevin vəziyyəti pisləşib. Xəstəxanaya yerləşdirilən rejissordan analiz nümunələri götürülüb. Müayinə zamanı onun koronavirusa yoluxduğu məlum olub.

1