Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış keçirilən aksiya qanunsuz hesab olunur və darhal qarşısı alınacaq.
HİT.Az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib:
“Aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmalıdır. Ümumiyyətlə, karantin rejimi müddətində insanların hansısa aksiya keçirməsi yolverilməzdir”, - deyə E.Zahidov bildirib.
Qeyd edək ki, psixoloq Nərmin Şahmarzadə sosial şəbəkələrdə video paylaşaraq, 24 saat ərzində polisin üzr istəməyəcəyi təqdirdə şəhərin mərkəzində aksiya keçirəcəklərini bildirib.