Daxili uçuşlar iyunun 15-dən başlanacaq.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dövlət sərhədlərinin bağlı qalması iyulun 1-dək uzadılıb: "Beynəlxalq uçuşlar, yük daşımaları və çarter reysləri istisna olmaqla, iyulun 1-dək dayandırılıb.
Daxili uçuşların iyunun 15-dən etibarən başlanması nəzərdə tutulub. İlkin olaraq Naxçıvana həftədə iki dəfə uçuş həyata keçiriləcək".
Ehtiyac olarsa, növbəti günlərdə uçuşların sayı artırılacaq.