Sərt karantində itinizi gəzdirə bilərsiniz

ÖLKƏ
23:25 / 09.06.2020
1154

“Sərt karantin rejimində vətəndaşlar ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə bilərlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərarla 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

0