Qiyas İbrahimov intihar etmək istəyib? - RƏSMİ (Yenilənib)

ÖLKƏ
10:35 / 10.06.2020
1199

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimovla bağlı açıqlama yayıb.

BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib.

İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

“Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”,-deyə BŞBPİ-nin nümayəndəsi vurğulayıb.

***

İctimai fəal Qiyas İbrahimov sərbəst buraxılıb.

O, bu barədə Q.İbrahimov özünün şəxsi "Facebook" səhifəsində məlumat yayıb. Bildirib ki, barəsində araşdırmalar davam etdirilir: “Sonradan məhkəməyə çağırılacağımı dedilər".

Qeyd edək ki, Q.İbrahim İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq)  maddəsi ilə təqsirli bilinir.

 

0
virtualaz.org