Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO

ÖLKƏ
19:53 / 10.06.2020
971

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq hərbi poliqonda kursantların intensiv hazırlığı həyata keçirilib.

Bu barədə HİT.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Kursantlar zirehli texnikadan istifadə vərdişlərini təkmilləşdirib, şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetiriblər.

1