Tələbələr üçün müjdə: Bu, onlar üçün yeni güzəştdir - VİDEO

ÖLKƏ
21:17 / 10.06.2020
1116

Artıq bu həftəsən etibarən ali məktəblərdə smestr imtahanları başlanılıb. Lakin karantin dövrünə görə ikinci yarımildə tədris prosesi yarımçıq qaldığından tələblərin qiymətləndirilməsinin necə aparılması məsələsi mübahisəlidir.

ARB TV -nin “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Kamran Əsədov – Təhsil eksperti: “Problemin əsas başlanğıcı ona görə baş verdi ki, Azərbaycanda ali təhsil müəssisələrində eyni zamanda, orta ixtisas təhsili müəsissələrində məsafədən distant təhsilin keçməsinin məcburiliyini əks etdirən qanun layihəsi qəbul edilmədi. İndiyənə qədər məhz bu formatda tədrislə bağlı vahid qanunun olmaması ali yəhsil müəssisələrində semestr qiymətləndirməsini həyata keçirməkdə müxtəliflik yaratdı”.

Ölkəmizdə hazırda ali təhsil müəssisələri 3 formatda qiymətləndirmə həyata keçirir. 1-ci formatda 2-ci semestr ümumiyyətlə ləğv olunub. Məsələn, Gəncə Aqrar Universiteti, Avrasiya Universiteti. 2-ci formada tələbələrə 1-ci smestrin qiymətləri əsas götürələrək qiymət yazıldı. Lakin eskpertlər düşünür ki, bu da düzgün addım deyil”.

Kamran Əsədov – Təhsil eksperti: “Biz bunu təhlil etsək düzgün yanaşma tərzi deyil, ona görə ki, 1 ci smestrdə tələbələrə tamamilə fərqli dərslərdən tədris həyata keçirilib. Məsələn, kimsə 1ci smestrdə nitq mədəniyyəi keçib, 2 ci smestrdə iqtisadiyyat. Heç bir halda bir fənnin qiymətinin digərinə yazılması düzgün ola bilməz”.

Əldə etdiyimiz məlumata əsaəsən Bakı Slavyan universiteti hər bir tələbəyə ümumi orta göstəricisinə əsasən qiymətləndirmə aparıb. BDU tələbələrinə imtahana giriş balı olaraq maksimum bal verir, imtahan sualları isə 50% azaldılıb.

Günel İsgəndər – BDU-nun sözcüsü: “BDU–da bu pandemiya ilə əlaqədar yazılı imtahan sessiyasının keçirilməsi ilə bağlı sırf tələbə yönümlü yanaşmanı üstünlük götürəcək imtahan sualları kifayət qədər asanlaşdırılıb və azalıdılıbdı. Tələbələr imtahana 50 balla daxil olacaqlar, imtahanlarımızın hamısı onlayn qaydada həyata keçiriləcək”.

İqtisad Universiteti isə bütün prosesləri onlayn qaydada həyata keçirir. Lakin burda da müəyyən narazılıqlar ortaya çıxır.

Kamran Əsədov – Təhsil eksperti: “Təbii ki, burada tələbələr onlayn imtahandan ona görə qaçırlar ki, burada qiymətləndirmə zamanı ədalət psinsipi pozula bilər 1-ci ona görə ki, imthanların onlayn qaydada keçirilməsi zamanı “Microsoft tims” proqramından istifadə olunacaq və bunun bir çox hallarda yaddaş qurğusu yoxdur yəni recorderi olmadığına görə tələbənin biliyinin fərdi qayda da qiymətləndirilməsi həyata keçirilə bilər”.

Burada maraqlı bir sual ortaya çıxır. Niyə bütün universitetlərdə eyni qaydalar tətbiq olunmur?

Namiq Məməddov – Ekspert: “Ali məktəblərdə buraxılış imtahanı və aralıq imtahanının, istehsalat təcrübələrinin bəzi məsələlərini universitetlərin ixtiyarına buraxılması müəyyən bir subyektivliyə gətirib çıxardı. Təhsil Nazirliyi konkret bir qərar qəbul etməli idi və bu da təhsil müəssisələrində bir öhdəçilik kimi yerinə yetirilməli idi”.

Yaşar Ömərov – TN-nin sektor müdiri: “Nazirlər kabinetinin 18 may tarixli qərarına əsasən tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi ali təhsil müəssisəsinin müəyyən etdiyi qaydada aparılacaqdır. Yəni bu zaman həmin qəbul olunmuş təkliflər Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə həyata keçiriləcəkdir”.

Bundan başqa Təhsil Nazirliyinin tapşırığına əsasən əgər hər hansı bit tələbə özünü imtahana hazır hiss etmirsə həmin tələbəyə avqust ayında icmal drəslərində iştirak imkanı yaradılacaq.

Yaşar Ömərov – TN -nin sektor müdiri: “İmtahan sessiyasında əgər tələbə qeyi-müvəffəq qiymət alarsa, həmin tələbəyə hər fənndən bir dəfə olmaqla təkrar imtahanda iştirak etmək imkanı yaradılacaqdır. Yəni əvvəllər bu yox idi. Bu tələbələr üçün edilən bir güzəştdir”.

Qeyd edək ki, təhsil nazirliyinin əmrinə uyğun olaraq 8 iyundan başlayan smestr imtahanları bütün ali təhsil müəssisəələrində onlayn rejimdə aparılır.

//youtu.be/_b2aib1ygSsTələbələr üçün müjdə: Bu tələbələr üçün yeni güzəştdir - VİDEO

0
Big.az