İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı

ÖLKƏ
15:47 / 10.06.2020
1311

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

HİT.Az xəbər ki, bunu "ASAN Xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilərlər.

0