Azərbaycanda koronavirus üçün ayrılan xəstəxanaların sayı açıqlandı – RƏSMİ

ÖLKƏ
20:16 / 10.06.2020
1237

Azərbaycanda koronavirus xəstələrinin sayının artması tibb müəssisələrinə təlabatı artırır. Artıq sabahdan etibarən Gömrük Hospitalı da bu məqsədlə istifadə ediləcək.

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva koronavirus və pandemiya xəstələrinə xidmət edən xəstəxanaların müəssisələrin sayını açıqlayıb. Bildirilib ki, hazırda 40-dan çox yer bu məqsədlə istifadə edilir.

“30-dan yuxarı karantin və pandemiya xəstəxanamız – yəni müəssisəmiz var. Bura atletlər kəndi də aiddir. Haradasa 33 müəssisə, 10 modul tipli xəstəxana var. Bunlardan üçünün açılışı dünən oldu. Digərləri də açılacaq”, – deyə Rəvanə Əliyeva qeyd edib.

0
Qazet.az