İcra başçısının göstərişi ilə tənha qadına yeni ev tikilir - FOTOLAR

ÖLKƏ
23:04 / 10.06.2020
2238

Neftçala şəhər sakini tənha yaşayan qadın Babayeva Sevda Kamran qızının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun onlayn vətəndaş qəbulu zamanı yaşadığı fərdi yaşayış evinin yaşayış üçün yarasız olduğunu bildirmiş, müvafiq köməklik göstərilməsini qeyd etmişdir.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən vətəndaşın müraciətinin yerində araşdırılması üçün müvafiq göstəriş verib.

Baxış zamanı yaşayış evinin bərbad və qəzalı vəziyyətdə olduğu, insan sağlamlığına mənfi təsir göstərən amillərin olduğu müşahidə olunmuşdur. ⠀

Sözügedən yaşayış evinin vəziyyəti ilə bağlı yerli özünü idarəetmə orqanı və yerli sahibkarların birgə dəstəyi ilə vətəndaş Babayeva Sevda Kamram qızı üçün yeni yaşayış evinin tikintisinə başlanılmış, hal-hazırda tikinti işləri davam etdirilir.

0