Uçan motosikletin sınaq görüntüləri yayıldı - VİDEO

ÖLKƏ
23:28 / 11.06.2020
1605

Rusiyanın “Hoversurf” şirkəti “YouTube” kanalında uçan motosikletin sınaq videosunu nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, kadrlarda pilotun motosikletə necə mindiyini və bundan sonrakı hərəkəti əks olunub.

Barometr nasaz olduğundan nəqliyyat vasitəsi 30 metr yüksəklikdən yerə çırpılıb. Xoşbəxtlikdən, sürücü xəsarət almayıb.

Qeyd olunur ki, “Hoverbike” bir insanı daşıya və ya uzaqdan idarə edilə bilər.

0