Avtobuslarda kondisionerlərin işə salınmasına İCAZƏ VERİLDİ

ÖLKƏ
10:14 / 11.06.2020
1336

Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

HİT.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək:

“Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq. Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır”.

0