Azərbaycanda ana ölümlərinin sayı azalıb? – Rəsmi

ÖLKƏ
18:20 / 11.06.2020
1357

Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayında son illər kəskin azalma tendensiyası müşahidə edilib.

HİT.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2000-2004-cü illər arasında ana ölümlərinin sayı 44-dən 21-ə düşüb. Lakin 2004-cü ildə bu say 34-ə yüksəlib və 2008-ci ilədək artım davam edib. 2007-ci ildə ölən anaların sayı artıq 54 nəfər idi. 2008-ci ildə isə say təkrar azalaraq 40-a düşüb və 2008-2011-ci illər arasında sayda qalxıb-enmələr davam edib. Nəhayət, 2012-ci ildən başlayaraq artma trendi gözə çarpmayıb, ana ölümlərinin sayı ilbəil daha az olub.

Belə ki, 2012-ci ildə 26 ana düşyasını dəyişmişdisə, 2018-ci ildə bu say 17 olub. Hətta 2017-ci illə müqayisədə 2018-ci ildə ana ölümlərinin səviyyəsi 14.6-dan 12.2 faizədək azalıb.

0