Abşeronda yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Yenilənib (VİDEO)

ÖLKƏ
12:27 / 11.06.2020
1579

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

HİT.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanır. 

HİT.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.

 

0