Həftəsonu karantində qalacaq rayonlar - Paytaxtdan qərar gözləyirlər

ÖLKƏ
17:16 / 11.06.2020
1280

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14-16 iyun tarixini əhatə edəcək sərt karantin rejiminə daha 4 rayon- Yevlax, İsmayıllı, Salyan və Kürdəmir də əlavə olunub. Karantin rejiminə hazırlıq, rayonda ümumi vəziyyətlə bağlı Salyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov Cebhe.info-ya açıqlamasında deyib ki, karantin bütün rayon ərazisini əhatə edəcək:

“Hələlik bizə hansı sahələrin işləyəcəyi ilə bağlı heç bir əmr və ya tövsiyə göndərilməyib. Hələlik belə bir qərar yoxdur. Kənd təsərrüfatı ilə məşğul olanlara da bu rejimin tətbiq olunub-olunmaması məsələsi də hələlik aydınlaşdırılmayıb. Yəqin ki, bununla bağlı həftəsonu qərar veriləcək”.

 

0
Cebhe.info