Azərbaycana gələn şəxslər bu halda karantinə götürülməyə bilər - AZAL

ÖLKƏ
23:53 / 11.06.2020
1243

Uçuşlarla bağlı qaydalara görə Azərbaycan ərazisinə gələn bütün sərnişinlər 48 saat qüvvədə olan test nəticələri ilə daxil olmalıdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, bu bütün sərnişinlərdən tələb olunacaq: "Çarter uçuşlarına da bu qaydalar tətbiq oluna bilər. Əgər həmin arayış təqdim olunarsa, həmin şəxs karantinə götürülməyə bilər.".

0