Tanınmış hüquqşunasdan yüksək mədəniyyət nümunəsi

ÖLKƏ
10:30 / 12.06.2020
1503

Koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra “Azerbaijan British College” (ABC) yeni texnoloji platformalardan istifadə edərək təlim-tədris prosesini onlayn qaydaya keçirib.

Hüquqşünas Aslan İsmayılov isə sosial şəbəkə hesabında “Azerbaijan British College” ödənişləri ilə bağlı fikirlərini paylaşaraq valideynlərdən ödəniş tələb olunması ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. 

“Bu aylarda karantin dövrünə görə şagirdlər evdə təhsil alırlar və bu müddət ərzində tədris ocağı kommunal, uşaqlara yemək, təmizlik işləri, ofis xərclərini etmirlər”, - deyən hüquqşünas valideynlərdən ödəniş alınmasının düzgün olmadığını vurğulayıb.

Məktəbin idarə heyətinin sədri Xaliq Məmmədov isə öz şərhində vurğulayıb ki, bu məsələ də ABC rəhbərliyinin xüsusi diqqət etdiyi məqamdır. Onun sözlərinə görə, məktəbin gəlirləri və xərcləri tam şəffafdır, mühasibat hesabatlarını nüfuzlu təşkilatlar audit edir.

ABC xərclərinin tam şəffaf olduğunu vurğulayaraq xərclər təsnifatını açıqlayan Xaliq Məmmədov Aslan İsmayılovu məktəbə dəvət edərək bütün məsələlərlə əyani tanış olmağa çağırıb. 

Ətraflı şərhi oxuduqdan sonra hüquqşünas Aslan İsmayılov öz üzrxahlığını çatdıraraq ətraflı izah üçün təşəkkürünü bildirib. Bununla da, tanınmış hüquqşunas etik qaydalara uyğun hərəkət nümayiş etdirərək digər sosial şəbəkə istifadəçilərinə də yüksək mədəniyyət nümunəsi göstərdi.

0