Azərbaycana elektrikli avtobuslar gətiriləcək - RƏSMİ

ÖLKƏ
12:14 / 12.06.2020
1090

Son illərdə elektrik mühərrikli avtomobil bazarına təqdim etdiyi modelləri ilə ön plana çıxan “Tesla” şirkəti 12 nəfərlik elektrik mikroavtobusu üzərində işləyir.

Elektrikli mikroavtobuslar tıxac problemini tunellərin köməyilə həll etməyi hədəfləyir.

12 sərnişin və geniş yük yerinə sahib olan elektrik mikroavtobusu tunellərin içərisində saatda 200 kilometr sürətlə hərəkət edə biləcək.

Maraqlıdır, Azərbaycan bu elektrik mikroavtobusların gətirilməsini planlıyırmı?

HİT.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında elektrik mühərrikli avtobusların ölkəmizə gətirilməsi ilə bağlı müzakirələr aparıldığını deyib:

“Elektirik və sıxılmış təbii qaz mühərrikli avtobusların sərnişindaşımalara cəlb olunması əsas prioritetlərimizdəndir. Bu şəhərimizin ətraf mühitinin qorunması baxımından olduqca zəruridir. Məsələ qanunvericilik baxımından da həllini tapıb. Nazirlər Kabinetinin 4 mart 2019-cu ilə 73 saylı qərarında da göstərilib ki, sərnişindaşımalara cəlb olunan nəqliyyat vasitələri ekoloji standartlara uyğun olmaqla sıxılmış təbii qaz və ya elektirik mühərriki ilə təchiz olunmalıdır. Elə bu qərara əsasən 01.01.2022-ci ildən dizel mühərrikli avtobusların istismara qəbulu dayandırılacaq. Dövlətin dəstəyi ilə son 5 ildə avtobus parkının yenilənməsi ilə bağlı çox mühüm işlər görülüb. Bu çərçivədə “603 CNG” sıxılmış təbii qaz mühərrikli ekoloji baxımdan “Avro-6” ekoloji standartlarına cavab verən avtobuslar alınıb. Daha 415 belə avtobusun alınması üçün iş aparılır.

Bildirim ki, bu gün avropanın bir çox şəhərləri ilə müqayisədə Bakı sıxılmış təbii qaz mühərrikli avtobuslara sahib olan nadir şəhərlərdəndir. Hətta avropanın bir çox şəhərləri Bakıdan sonra sıxılmış təbii qaz mühərrikli avtobusları istismara qəbul edib. Bu mənada elektrik mühərrikli avtobusların da şəhərimizdə görünməsi elə də çox zaman almayacaq. Çünki elektirik mühərrikli avtobuslarla bağlı müzakirələr aparılır”.

0