Bakıda yük maşınları yolun hərəkət hissəsini zəbt edib — VİDEO

19:30 / 12.06.2020
1077

Paytaxtın Suraxanı rayonu ərazisində yük maşınları yolun hərəkət hissəsini zəbt edib.

HİT.Az xəbər verir ki, bu barədə Demokrat.az-a rayon sakinləri şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, yol kənarında pərəkəndə ticarətlə məşğul olan şəxslər ərazidə tıxacın yaranmasına səbəb olur.

Xüsusilə günün pik saatlarda acınacaqlı vəziyyət yaranır. Bir tərəfdən yolu kəsən yük maşınları, digər tərəfdən bazarlıq edən şəxslərin saxladığı maşınlar yolu kəsir. Artıq uzun müddətdir ki, davam edən vəziyyətə nəzarət edən yoxdur.


Sakinlərin göndərdiyi videonu təqdim edirik:

1