Bakıda isti hava şəraiti çimərliklərin tez açılmasına səbəb olub.
HİT.Az-ın əməkdaşının verdiyi xəbərə görə, çimərliklər fəaliyyətə başlayıb.
Belə ki, Mərdəkan, Bilgəh və digər çimərliklərə insan axını var. Ölkədə iyulun 1-dək karantin rejimi olsa da, çimərliklərə getməkdə hər hansı problem yoxdur.
Müşahidələrə əsasən, Çevik Polis Alayının əməkdaşları keşik çəkirlər.